Azərbaycanda 19 yaşlı ana özünü öldürdü

23 Aprel, 2019 16:58 | Hadisə | Baxış sayı: 149
Sirkə turşusu içən qadın
Sirkə turşusu içən qadın

İlkin ehtimala görə, qadın sirkə turşusu içib

Ağdaşda bir uşaq anası özünü öldürüb.

İstiPress-in məlumatına görə, ötən gün axşam saatlarında rayon sakini 19 yaşlı Cəmilə İsgəndərova ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlərin yardımına baxmayaraq gənc ananın həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, qadın sirkə turşusu içib.

Ölümün dəqiq səbəbi araşdırmalardan sonra bəlli olacaq.