BDU-nun suşidən zəhərlənən tələbələrindən son xəbər

22 Noyabr, 2019 09:34 | Hadisə | Baxış sayı: 475
Zəhərlənən qızlar
Zəhərlənən qızlar

Xəstəxanaya çatdırılan iki qızın vəziyyəti ağır stabildir

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin son durumu açıqlanıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızının vəziyyəti ağır stabil kimi qiymətləndirilir.

Onların müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.

Xatırladaq ki, baş verən hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Həkimlər ötən gün Mətbuat küçəsi 36 ünvanındakı yataqxananın otaqlaçrındna birinə çatdıqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. 

Onlardan biri - Qusar rayaon sakini Şəkər Xasmətova dünyasını dəyişib. İstiPress-in şimal bürosuna mərhumun qohumlarının dediyinə görə, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı 4-cü kursda təhsil alıb. O, həmkəndlisinə nişanlı olub. Yayda cütlüyün toyu olmalı idi. Qohumları onun suşidən zəhərləndiyini deyir.