BDU-nun ölən nişanlı tələbəsinin meyiti Qusarda FOTO

22 Noyabr, 2019 13:57 | Hadisə | Baxış sayı: 773
 Şəkər Faiq qızı Xasmətova
Şəkər Faiq qızı Xasmətova

Tələbənin atası Rusiyada olduğu üçün dəfn baş tutmayıb

Bakı Dövlət Universiteteinin qidadan zəhərlənərək ölən tələbəsinin cənazəsi ailəsinə təhvil verilib. İstiPress-in Şimal Bürosunun məlumatına görə, 4-cü kurs tələbəsi olan Şəkər Xasmətovanın meyiti gecə saatlarında doğulduğu Qusarın Xürel kəndinə gətirilib.

Mərhumun atası Faiq Rusiyada işləyir, o hələ Azərbaycana gəlmədiyindən  tələbə qız dəfn olunmayıb. Yaxınların ınsözlərinə görə, artıq ata yola çıxıb və onun bu gecə və ya səhər tezdən Qusara çatacağı gözlənilir. Tələbə qız atası gəldikdən sonra torpağa tapşırılacaq. 

Şəkər 9-cu sinfi Xürel kənd məktəbində bitirib. Orta məktəbi isə 2016-cı ildə Bəhruz Ağaverdiyev adına Qusar şəhər 1 saylı orta məktəbində yekunlaşdırıb. Fizikaya xüsusi marağı olduğundan universitetin fizika fakültəsinə də daxil olub. Müəllimləri və bütün kənd sakinləri belə savadlı və  gələcəyi olan bir qızın faciəli ölümündən çox kədərləndiklərini bildiriblər. 

Xatırlada qki, dünən Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənmə baş verib. 3 tələbə qızdan biri - 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova ölüb. 1998-ci il təvəllüdlü, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi İbadova Həmidə və Kitabxanaçılıq fakültəsinin tələbəsi, onun həmyaşıdı Dilrubə Quliyeva xəstəxanaya yerləşdirilib. 

Ölən tələbə nişanlı olub və onun yayda toyu olmalı idi.