Ana təzə doğulan körpəni 8-ci mərtəbədən atdı

22 Noyabr, 2019 11:09 | Hadisə | Baxış sayı: 176
Körpə
Körpə

Çağa yerindəcə ölüb

Ana öz doğma övladını eyvandan atdı. Hadisə Rusiyada, Vladivostok şəhərində baş verib. 

Adı açıqlanmayan qadın yenicə doğulan körpəsini yaşadığı mənzilin eyvanından atıb. 8-ci mərtəbədən düşən körpə yerindəcə ölüb. Körpənin meyiti Casovitina küçəsi yaxınlığında tapılıb. 

Cinayət şübhəlisi kimi 37 yaşlı qadın həbs edilib. Onun nə üçün bu əməli törətdiyi açıqlanmır. 

Xatırladaq ki, bənzər hadisə Rusiyada bir neçə gün öncə də baş vermişdi. İki övladını pəncərədən atan ana daha sonra intihar edib. Hadisə nəticəsində qadın və 8 aylıq qızı ölmüş, 3 yaşlı oğlu isə xəstəxanaya yerləşdirilmişdi.