Şəhər sakinini evinin yanında öldürdülər

22 Oktyabr, 2018 16:58 | Hadisə | Baxış sayı: 87
Qanlı bıçaq
Qanlı bıçaq

Qətlin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələlik məlum deyil

Xırdalan şəhərində 39 yaşlı kişi qətlə yetirilib.

İstiPress-in məlumatına görə, Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerindəcə ölüb.

Qətlin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.