Bakıda avtobus evin tək qızını vurub öldürdü - VİDEO

22 Oktyabr, 2018 20:47 | Hadisə | Baxış sayı: 178

Mərhumun ailəsi iddia edir ki, avtobus sürücüsü narkotik aludəçisidir

Bakıda avtobus 19 yaşlı qızı vurub öldürüb. 

İstiPress-in məlumatına görə, hadisə oktyabrın 19-da Sabunçu rayonunda baş verib.

131 nömrəli marşrut avtobusunun sürücüsü piyada xəttinə əhəmiyyət verməyərək Məmmədova Aysel İbrahim qızını vurub. A. Məmmədova hadisə yerində ölüb. 

Mərhumun ailəsi iddia edir ki, avtobus sürücüsü narkotik aludəçisidir. 

Qeyd edək ki, A. Məmmədova evin tək qızı olub. Bir müddət əvvəl onun qardaşı vəfat edib.