Arvadının başını kəsmiş kişinin atası danışdı

22 Oktyabr, 2018 16:29 | Hadisə | Baxış sayı: 218
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Qətldən bir gün öncə oğlu ilə kəndə gedib

Bakıda oğlunun yanında həyat yoldaşını öldürmüş Fazil Həsənovun atası Şahlar Həsənov hadisə ilə bağlı İstiPress-in şimal bürosuna açıqlama verib.

Onun sözlərinə görə, oğlu ailəsilə 7 aydır Bakıda kirayədə yaşayırmış. Bir gün öncə Fazil oğlu 11 yaşlı Eminlə kəndə gəlib. Hasardan tullanaraq evə daxil olan Fazil oğlu ilə üst evdə yatıb.

Səhər açılanda - səhər saat 7-də meyvə bağına yeşik aparan atasına yaxınlaşaraq qardaşını soruşub: "Qardaşına tək onu deyib ki, eşidəcəksiniz, məndən xəbər bilin". 

Şahlar Həsənov bildirib ki, "nəvəsi bir onu deyir ki, atam anamı döydü, yatdıq, gecə yarısı məni oyatdı ki, rayona gedirik". Ata bildirdi ki, 20 ildən çoxdur tanıdığı gəlini Xoşqədəmin meyitini Bakıdan özü  gətirib.