Maşın gənc oğlanı vurub öldürdü

22 Sentyabr, 2020 10:22 | Hadisə | Baxış sayı: 35
Təcili yardım maşını
Təcili yardım maşını

Tovuzda piyadanı avtomobil vuraraq öldürüb. 

İstiPress-in məlumatına görə, hadisə Aşağı Quşçu kəndi ərazisində baş verib. Yolu keçmək istəyən 29 yaşlı İxtiyar Vəliyevi hələlik markası və sürücüsü məlum olmayan avtomobil vurub. Ağır xəsarət alan piyada xəstəxanaya aparılan zaman yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.