8 yaşlı uşaq maşın qaçırdı - saatda 140 km sürdü

22 Avqust, 2019 13:54 | Hadisə | Baxış sayı: 114
Sürücü uşaq
Sürücü uşaq

Uşaq qəza nişanlarını qoşaraq magistralda kömək gözləyib

Almaniyada 8 yaşlı uşaq valideynlərinin maşınını qaçırıb. Dortmundda yaşayan uşaq gecə saatlarında çıxdığı magistralda saatda 140 km-ə çatan sürətlə maşın sürüb. 

Polisə bu barədə məlumat verən onun anası olub. Qadın gecə saat 00 radələrində övladının "VW Golf" markalı maşınlarını da götürərək yoxa çıxdığını deyib. 

Polis uşağı yoldakı ciblərdən birində maşını dayandırmış vəziyyətdə tapıb. Uşaq qəza dayanma nişanlarını yandırıb, maşının arxa hissəsində qəza nişanları qoyaraq kömək gözləyib. 

Uşaq "bir az maşın sürmək istədim", deyərək ağlamağa başlayıb. Məlumata görə, o sürəti həddindən yüksək olduğu üçün özünü pis hiss edib və maşını dayandırıb.