Dünya çempionunu bir zərbə ilə öldürən azərbaycanlı - VİDEO

22 Avqust, 2017 08:23 | Hadisə | Baxış sayı: 546
Allahverənov Anar Əliyar oğlu
Allahverənov Anar Əliyar oğlu

"Anar onu öldürmək istəmirdi"

Rusiyada idmançını qətlə yetirən azərbaycanlı Anar Allahverənovla bağlı cinayət işi açılıb.

İstiPress-in Rusiya mətbuatına istinadən xəbərinə görə, pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirləndirilən Anar Allahverənovun yaxın qohumu dindirilib.

Qohumu deyib ki, günah öldürülən idmançıda olub. 

"Onlar arasında mübahisə yarandı. Andrey senzuradan kənar sözlər işlətdi. Bundan sonra dava qopub. Anar onu öldürmək istəmirdi", - qohumu belə deyib.

Xatırladaq ki, pauerliftinq üzrə dünya çempionu Andrey Draçovu Xabarovsk şəhərində döyülərək öldürülüb. O, Xabarovskdakı “Qalareya” kafesindən çıxarkən azərbaycanlı idmançı Anar Allahverənovla mübahisə edib. Allahverənov bir neçə zərbəylə onu öldürüb.

Allahverənov qarışıq döyüş növləri ilə məşğul idi. O, bir neçə turnirdə uğurlar qazanıb, idman dərəcəsi var.