Bakıda sürücüyə silah çəkən şəxs həbs edildi - VİDEO

22 Avqust, 2017 09:11 | Hadisə | Baxış sayı: 179
Tapança
Tapança

O. Orucovun atası sabiq polis zabitidir

Bakıda avtobus sürücüsünə silah çəkən şəxs tutulub.

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 29 yaşlı Orxan Cəmil oğlu Orucov ötən gün axşam saatlarında tutularaq istintaqa təhvil verilib.

Saxlanılarkən ondan hadisədə istifadə etdiyi qaz tapançası da götürülüb.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, O. Orucovun atası sabiq polis zabitidir.

Qeyd edək ki, avqustun 18-də saat 20 radələrində A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minən naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlib. Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanılıb. //APA