Şoumen səhnədə öldü - şou bilib əl çaldılar

22 İyul, 2019 14:16 | Hadisə | Baxış sayı: 150
Manjunath Naidu
Manjunath Naidu

36 yaşlı özünü pis hiss etdiyini desə də, tamaşaçılar reaksiya verməyiblər

Hindistanın tanınmış şoumenlərindən biri səhnədə çıxış edərkən qəfildən ölüb. Manjunath Naidu "stand-up"la Dubayda çıxış edib. 

Özünü pis hiss etdiyini deyən 36 yaşlı kişi bir anda yerə yıxılıb. Lakin tamaşaçılar bunu şounun bir hissəsi zənn ediblər. Onlar dəqiqələrlə şoumeni qəhqəhə ilə ayaqüstə alqışlayıblar. 

Sonradan onun infarkt keçirdiyi bəlli olub. Hər şey şounun ilk 15 dəqiqəsi ərzində baş verib. 

Naidu 3 dəqiəyə yaxın yerdə hərəkətsiz qalıb. Ancaq bundan sonra otelin əməkdaşları təcili yardıma xəbər veriblər. Həkimlər gələndə isə artıq çox gec olub.