Yaşlı kişi arvadını boğub öldürdü

22 İyun, 2019 12:37 | Hadisə | Baxış sayı: 98
Boğub öldürdü
Boğub öldürdü

Qatil ər şübhəli şəxs qismində saxlanılıb

Balakəndə kişi arvadını boğaraq öldürüb.

İstiPress-in məlumatına görə, hadisə rayonun Mahmalar kəndində baş verib. Kənd sakini, 1953-cü il təvəllüdlü Nəcəfəli Mahmad oğlu Xəlilov həyat yoldaşı 1960-cı il təvəllüdlü Şahnaz Sədi qızı Xəlilovanı boğaraq qətlə yetirib. 

N. Xəlilovun Ş. Xəlilovanı ailə münaqişəsi zəminində öldürdüyü bildirilir. N. Xəlilov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.