Sabah toyu olacaq gənc Bakıda avtomobillə adam vurdu

22 İyun, 2019 13:37 | Hadisə | Baxış sayı: 200
Piyada vurulub
Piyada vurulub

28 yaşlı rayon sakinini vurub

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

IstiPress-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.

Həmin prospektdə yolu keçmək istəyən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Mənsimov Şahin Faiq oğlunu "Mercedes" markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin törədən sürücü saxlanılıb.

Məlumata görə, iyunun 23-də hadisəni törədən sürücünün toy mərasimi olacaqmış.