Məşhur müğənni gecə saatlarında öldürüldü

22 İyun, 2018 09:57 | Hadisə | Baxış sayı: 537
Hacer Tülü
Hacer Tülü

Hadisədə məkan sahibi də öldürülüb

Türkiyənin Muğla vilayətinin Bodrum şəhərində gecə klubuna silahlı hücum olub.

IstiPress "birgun.net"' istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Ölənlərdən biri gənc müğənni Hacer Tülü, digəri məkanın sahibi Mehmet Ali Sürensoydur. Hacer kassada ödəniş edərkən təsadüfən öldürülüb. Məlumata görə, qabaqcadan gecə klubunun qarşısında avtomobildə pusqu quran 4 şübhəli Mehmet Əli Sürensoy məkana girərkən atəş açmağa başlayıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis təhlükəsizlik kamerası ilə şübhəlilərin olduğu avtomobili təsbit edərək onları ələ keçirib.