İtkin düşmüş oğlanın parçalanmış meyiti tapıldı

22 May, 2020 13:58 | Hadisə | Baxış sayı: 135

Oğuzda itkin düşən yeniyetmənin meyiti tapılıb. Onu ayının parçaladığı ehtimal olunur.

İstiPress-in məlumatına görə, 12 yaşlı Cəbrayıl Vüsal oğlu Məmmədlinin meyiti meşəlik ərazidə aşkarlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin tapıldığı əraziyə yollanıb.