Şri-Lankada terror qurbanları artdı - 290 ölü FOTOLAR

22 Aprel, 2019 09:08 | Hadisə | Baxış sayı: 79
Şri-Lanka
Şri-Lanka

8 partlayışa görə polis 24 nəfəri həbs edib

Şri-Lankada törədilmiş səkkiz partlayış nəticəsində ölənlərin sayı artıb. Son məlumata görə, terror aktı 290 nəfərin həyatına son qoyub. Bu barədə "Hindustan Times" polisdəki mənbəyə istinadən məlumat yayıb. Terror aktı nəticəsində həmçinin 500-ə yaxın insan yaralanıb. 

Artıq Şri-Lanka polisi tərəfindən 24 şübhəli şəxs saxlanılıb. 

Qeyd edək ki, Şri-Lankada bazar günü silsilə partlayışlar törədilib. Son məlumatlara görə, həlak olanlar arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Koreya Xalq Respublikası, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları da var.

Altı partlayış adanın şərqindəki məbəd və otellərdə olub. Yeddinci şəhər zooparkı, səkkizinci isə Demataqoda rayonunda törədilib. 

Bu zaman kilsələrdə pasxa bayramı ilə əlaqədar mərasimlər keçirilib.

Şri-Lankada partladılan kilsə
Şri-Lankada partladılan kilsə