Bakıda faciəli ölüm - 13-cü mərtəbədən yıxıldı

22 Aprel, 2019 11:12 | Hadisə | Baxış sayı: 87
Tkintidə çalışan fəhlə
Tkintidə çalışan fəhlə

Fəhlə iş prosesi zamanı yıxılıb

Bakıda fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölüb.Hadisə Nərimanov rayonu, Mövsüm Sənani küçəsi 63 ünvanında baş verib.

Həmin ünvanda inşa edilməkdə olan yeni binada çalışan 55 yaşlı Elçin Əliyev iş prosesi zamanı 13-cü mərtəbədən yıxılıb.

Fəhlənin ölümü hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edilib ki, hazırda günahkar şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üçün zəruri istintaq tədbirləri həyata keçirilir.