Azərbaycanda dəhşətli qəza - 2 nəfər avtomobildə yanaraq öldü

22 Mart, 2019 11:51 | Hadisə | Baxış sayı: 102
Yanan avtomobil
Yanan avtomobil

Minik avtomobili idarəetmədən çıxaraq arxadan yük avtomobilinə çırpılıb

Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in FHN-ə istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq arxadan “Mercedes” markalı yük avtomobilinə çırpılması nəticəsində yanğın baş verib. Hadisə zamanı minik avtomobilində olan iki nəfər yanaraq ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.