Azərbaycanda bəy toyunun sabahı qəzaya düşdü

22 Mart, 2019 12:32 | Hadisə | Baxış sayı: 148
Yol qəzası
Yol qəzası

İki minik avtomobilinin toqquşub

Göyçayda yol qəzası baş verib.

İstiPress "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunda, Göyçayın Qaraməryəm kəndində baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində sürücülər xəsarət alıb. Zərbəninin təsirindən avtomobillərə də ciddi zərər dəyib.

Qeyd edək ki, sürücülərdən biri Göyçayın Qarayazı kənd sakinidir. Onun ötən gün toy mərasimi olub. 

Faktla bağlı araşdırma aparılır.