Lerikdə qalın qarlı yoldan keçən UAZ dərəyə aşdı - ata və oğlu öldü

22 Fevral, 2020 14:12 | Hadisə | Baxış sayı: 141
Qarda batmış UAZ
Qarda batmış UAZ

Qəza nəticəsində eyni ailənin 5 üzvi də yaralanıb

Lerik rayonunda ağır yol qəzası baş verib.  Orand kəndi ərazisində çətin keçilən dağ yolunda UAZ markalı avtomobil dərəyə aşıb. Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Xəqani Orucəli oğlu Rəhimov və onun 2 yaşlı oğlu Hüseyn Xəqani oğlu Rəhimzadə ölüb. 

Xəsarət alanlar isə bunlardır: 

Elnarə Hacıbaba qızı Rəhimli (1993-ci il təvəllüdlü, ölən uşağın anası), 

Zəhra Xəqani qızı Rəhimli (2012-ci il), 

Nigar Xəqani qızı Rəhimli (2016-cıı il təvəllüdlü)

Hüseynəli Faiq oğlu Rəhimli (2017- ci il təvəllüdlü). Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  

Qəzada travma alan 1989-cu il təvəllüdlü Mail Musa oğlu Rüstəmov isə Lerik Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Ölənlər və xəsarət alan 3 nəfər bir ailənin üzvləridir və Zuvand kənd sakinləridir.

İlkin məlumata görə, hadisəyə ərazidəki qalın qar və buz örtüyü səbəb olub. Faktla bağlı araşdırma aparılır. /report/