Azərbaycanda qorxudan zəlzələ - 1,5 saatda 3 təkan

22 Fevral, 2020 09:59 | Hadisə | Baxış sayı: 707
Zəlzələ
Zəlzələ

Təkanlar Hacıqabulda qeydə alınıb

Hacıqabulda bir günün içərisində üçüncü dəfə zəlzələ baş verib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bu barədə məlumat yayıb. 

İlk təkan  vaxtla saat 07:05 də Qobustan stansiyasından 32 km cənub-qərbdə qeydə alınıb. Maqnitudası 3.9 olan zəlzələ 4 km dərinlikdə baş verib.  Bundan sonra eyni zaatda maqnitudası 3,3 olan ikinci təkan baş verib. 

Üçüncü təkan isə  yerli vaxtla saat 08:22-də Qobustan stansiyasından 32 km cənub-qərbdə baş verib. Bildirilib ki, yeraltı təkan 3.4 maqnitudada və 4 kilometr dərinlikdə qeydə alınıb.