Bakılı gənc nişanının sabahı qəzada öldü

22 Fevral, 2019 14:57 | Hadisə | Baxış sayı: 113
Avtomobil qəzası
Avtomobil qəzası

“1 manatlıq” taksiyə minibmiş

Bakıda bir gün əvvəl nişanlanan gənc qəzada vəfat edib.

IstiPress-in məlumatına görə, hadisə dünən gecə saatlarında şəhər şossesindən Maştağaya gedən yolda baş verib.

Belə ki, Əli Novruzov “Koroğlu” metrosundan “1 manatlıq” taksiylə Maştağa qəsəbəsinə gedirmiş. Taksi sürücüsü qəza törədib və sərnişini Əli Novruzov vəfat edib.

Ə. Novruzovun fevralın 20-də nişanı olub. O, iş yoldaşı Aytən adlı qızla nişanlanıb. Onların hər ikisi “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Bravo” marketdə işləyirmiş.

Əli Novruzov
Əli Novruzov