Bakıda sərnişin avtobusu yandı - VİDEO

22 Fevral, 2019 18:08 | Hadisə | Baxış sayı: 118
Yanan avtobus
Yanan avtobus

Mühərrik hissəsində qısaqapanma olub

Bakıda marşrut avtobusu yanıb.

İstiPress-in məlumatına görə, hadisə saat 17 radələrində Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün üzərində baş verib.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirib ki, yanğın hadisəsi Bakıxanov-28 May metrostansiyası istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda olub. 

Müəyyən edilib ki, hadisə xətdə olan zaman nasazlıq yarandığından istehsalat bazasına geri qayıdan avtobusda baş verib. Mühərrik hissəsində qısaqapanma olub. Avtobusda sərnişin olmayıb.