Bakıda avtobus adam vurdu

21 Noyabr, 2017 18:54 | Hadisə | Baxış sayı: 154
Avtobus
Avtobus

Piyada yolu keçmək istəyəndə vurulub

“BakuBus”ın avtobusu gənc qızı vurub.

İstiPress-in məlumatına görə, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Yasamal rayonunda baş verib.

Belə ki, Hüseyn Cavid prospektində yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Abbaslı Roza Pərviz qızını 3 nömrəli marşut xətti üzrə hərəkət edən “BakuBus” şirkətinə məxsus sərnişin avtobusu vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt bağlı araşdırma aparılır.

Report