Biləcəri qazsız qaldı

21 Oktyabr, 2019 15:00 | Hadisə | Baxış sayı: 21
Təbii qaz
Təbii qaz

Qəsəbənin qaz xəttində sızma aşkar edilib

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar qaz təchizatı səhər saatlarından müvəqqəti olaraq dayandırılıb.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, hazırda qaz təminatındakı fasilələr Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov, Y. Hüseynov, Natəvan küçələrində müşahidə olunur.