Azərbaycanın qonşusunda şiddətli zəlzələ

21 Oktyabr, 2019 16:15 | Hadisə | Baxış sayı: 143
Zəlzələ
Zəlzələ

İran 5,7 balla silkələndi

Azərbaycanın cənub qonşusunda zəlzələ baş verib. Avropa Aralıq dənizi Seysmoloji Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar İranda qeydə alınıb. Yeraltı təkanların gücü 5,7 bal olub. Zəlzələ Birləşmiş Ərəb Əmirliyində də hiss edilib. 

Təkanların episentri İranın mərkəzində, Bender Lengenin 80 km şimalında olub. Saat 14:28-də meydana gələn zəlzələ yerin 10 km dərinliyində baş verib. 

Hələlik təbii fəlakət nəticəsində təlafat və dağıntının olub-olmadığı bilinmir.