Şagirdlər narkotika satan zaman tutulub

21 Oktyabr, 2018 12:27 | Hadisə | Baxış sayı: 244
Marixuana
Marixuana

Polis narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsləri saxlayıb

Quba rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Aydın Mehrəliyev saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış zamanı, oradan olan sellofan torbada təmiz çəkisi 190 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Keçirilən digər uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrinin qanunsuz dövriyyəsi şübhəli bilinən iki yeniyetmə, 16 yaşlı N.B və 17 yaşlı M.M şəxslər saxlanılıb. Onlar üzərinə baxış zamanı N.B-dan 0.265 qram və M.M-dən 0.5 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Onlar Quba peşə litseyinin şagirdləridir.

Faktlarla bağlı Quba RPŞ-də araşdırma aparılır.