Rusiya maşını Azərbaycanda adam vurdu

21 Oktyabr, 2018 12:57 | Hadisə | Baxış sayı: 63
Təcili yardım
Təcili yardım

Yaşlı qadın qapalı kəllə-beyin travması ilə xəstəxananın cərrahiyyə şöbəsinə aparılıb

Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, rayonun Muxax kəndi ərazisində yerli sakin Famil Yəhyəyev idarə etdiyi “VAZ-21014” markalı, Rusiya dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Muxax kənd sakini Güləbatın Tapdıq qızı Gəncəliyevanı vurub.

Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan G.Gəncəliyeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan “Report”a bildirilib ki, G.Gəncəliyevaya qapalı kəllə-beyin travması və bədənin çoxsayı sıyrığı xəsarətləri dioqnozu qoyulub, müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma gedir.