Rəisin meyiti kənd ərazisində tapıldı

21 Oktyabr, 2018 13:35 | Hadisə | Baxış sayı: 173
Meyit
Meyit

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub

Səhər saatlarında İmişli rayonunun Şahverdilər kəndi ərazisində şəxsiyyəti məlum olmayanİmişli rayonunda kişi meyiti tapılıb.

 İstiPress-in məlumatına görə, artıq tapılan meyitin şəxsiyyəti müəyyənləşib və onun əslən rayonun Oruclu kəndindən olub Rəsullu kəndində yaşayan Aslanov Ağabala Əşrəf oğlu olduğu aydınlaşıb.

İlkin məlumata görə, meşə sahəsinin rəisi işləyən A.Aslanov bir müddət olardı ki, ürək xəstəliyindən əziyyət çəkirmiş.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hazırda ərazidə müayinə işləri aparılır.

Faktla bağlı araşdırma aparılır.