Bakıda ər oğlunun gözü qabağında arvadının başını kəsdi

21 Oktyabr, 2018 16:35 | Hadisə | Baxış sayı: 403
Qanlı bıçaq
Qanlı bıçaq

Qatil könüllü şəkildə polisə təslim olub

Bakıda kirayədə yaşayan ər oğlunun gözü qabağında arvadının başını kəsib. 

İstiPress-in şimal bürosuna Quba rayon icra başçısının Hacıhüseynli İƏD üzrə nümayəndəsi Valeh Əmrullayevin verdiyi məlumata görə, hadisə Qubanın Ərməkiqışlaq kəndindən olan kirayənişin ailəsində baş verib. Onlar Bakıda kirayədə yaşayıblar. 

1973-cü il təvəllüdlü Fazil Hüseynov 11 yaşlı oğlunun gözü qarşısında həyat yoldaşı 1975-ci il təvəllüdlü  Xoşqədəm Hüseynovanı bıçaqla boğaz nayihəsinə vuraraq öldürüb. Daha sonra Fazil Hüseynov könüllü şəkildə polisə təslim olub.

Meyit tibbi ekspertiza olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.