Bakı metrosunda tüstülənmə oldu, sərnişinlərin vəziyyəti pisləşdi

21 Sentyabr, 2019 15:25 | Hadisə | Baxış sayı: 148
Bakı metrosu
Bakı metrosu

Qatarın vaqonunda spesifik qoxu da müşahidə edilib

“Bakı Metropoliteni”ndə növbəti dəfə problem yaranıb. Bu dəfə "Gənclik" stansiyasındakı qatar tüstülənmə baş verib.  

Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, saat 14:30 radələrində xətdə hərəkət edən qatarın vaqonunda spesifik qoxu və tüstü müşahidə olunub. "Gənclik" stansiyasında, sərnişinlər qatardan düşürülüb, vaqonlara baxış keçirilib.

"Hər hansısa problem aşkar olunmayıb. Həmin qatar sərnişinlərlə yoluna davam edib".

Onun sözlərinə görə, qoxunun yaranmasına səbəb həmin qatardan əvvəl xəttə veriliş sınaq qatarı ilə bağlı olub. Qatarın təkərinin detallarından biri sıxıldığından sürtünmə baş verib və nəticədə ətrafa dəmirin sürtünməsindən yaranan qoxu yayılıb.

"Sərnişinlər arasında həyəcanlanan olub. Müvafiq ilkin yardım göstərilib və təcili tibbi yardımın dəvət edilməsi təklif olunub. Lakin sərnişinlər könüllü təcili tibbi yardımın çağırılmasından imtina ediblər".