Ağcəbədidə sürücü maşınında diri-diri yandı

21 Sentyabr, 2019 16:28 | Hadisə | Baxış sayı: 157
Yanan maşın
Yanan maşın

"VAZ 2199" ağaca çırpılaraq yoldan çıxıb

Ağcəbədi rayonunda sürücünün yanaraq ölməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Boyat kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ 2199" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb və nəticədə avtomobil yanıb. 

Hadisə nəticəsində xəsarət alan sürücü avtomobili tərk edə bilmədiyindən yanaraq ölüb. Sürücünün şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır. /report/