Ağcabədidə 1 yaşlı uşaq çöpçü qurbanı oldu?

21 Sentyabr, 2019 13:35 | Hadisə | Baxış sayı: 159
Körpə
Körpə

Xəstəxanadan çıxan ailə körpəni çöpçüyə aparıb

Ağcabədi rayonunda 2018-ci il təvəllüdlü Famil Cəfərov naməlum şəraitdə dünyasını dəyişib. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından "Sputnik"ə verilən məlumata görə, ailədə yas olduğu üçün xəstələnən bir yaşlı Famil baxımsız qalıb, ona diqqət yetirilməyib. Sentyabrın 18-də isə vəziyyətinin yaxşı olmadığını görərək, onu Kəhrizli kənd xəstəxanasına, həkimin yanına aparıblar. Həkim uşağa resept yazıb, yardım edib. Daha sonra yardım üçün azyaşlını Quzanlı kənd xəstəxanasına göndəriblər. "Amma valideynləri həmin xəstəxanadan çıxandan sonra uşağı çöpçüyə aparıblar. Çöpçü deyib ki, uşağın tənəffüs yoluna yad cisim düşüb. Çöpçü həmin yad cismin artıq uşağın ağciyərinə düşdüyünü iddia edib. Bu dəfə azyaşlını Bərdəyə aparıblar. Amma oraya çatanda həkimlər azyaşlının öldüyünü deyiblər.

Əslində isə uşaq soyuqlayıb. Kəhrizlidə həmin uşağı qəbul edən həkim də belə deyir. Yəni onun tənəffüs yoluna yad cismin düşməsi ilə bağlı yayılan məlumat təsdiq olunmayıb".

Onu da bildirək ki, hadisə ilə bağlı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına heç bir müraciət daxil olmayıb: "Çünki onların kəndi Quzanlı xəstəxanası və Bərdəyə yaxın olub".

Uşağın niyə Kəhrizli kənd xəstəxanasında müayinə olunmamasının səbəbi də açıqlanıb. Verilən məlumata görə, Kəhrizli kənd xəstəxanasında analiz, rentgen üçün heç bir şərait olmadığından, azyaşlı Quzanlıya göndərilib.



Read more: https://sputnik.az/incidents/20190920/421796917/bir-yasli-azyaslinin-olum-sebebi.html

Enter some text