Bakıda qadın gözəllik salonundan pul oğurladı

21 Sentyabr, 2018 15:34 | Hadisə | Baxış sayı: 40
Azərbaycan manatı
Azərbaycan manatı

İçərisində 1300 manat və 500 ABŞ dolları olan pulqabı oğurlanıb

Bakıda gözəllik salonundan oğurluq edən qadın saxlanılıb.

İstiPress DİN-ə istinadən xəbər veri ki, Bakı şəhər sakini olan qadın işlədiyi F.Yusifov küçəsində yerləşən gözəllik salonunda içərisində 1300 manat və 500 ABŞ dolları olan pulqabısının oğurlandığını bildirib.

Oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Ə.Əhmədova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.