Xaçmazda sərxoş ər özünə od vurdu, arvadı söndürmək istədi

21 Avqust, 2019 08:59 | Hadisə | Baxış sayı: 130
Yanan adam
Yanan adam

Vəziyyəti ağır olan 45 yaşlı kişi Bakıya göndərilib

Xaçmazın Üçgün kəndində intihara cəhd olub. İstiPress-in Şimal bürosunun məlumatına görə, kənd sakini 45 yaşlı Bayram Rzayev üzərinə benzin tökərək özünü yandırıb. Onun həyat yoldaşı, 42 yaşlı Kəmalə  Rzayeva ərinin yandığını görüb onu xilas etmək istəyib. Lakin bu zaman qadın da yanaıq xəsarətləri alıb. Rzayev özünə qəsdi sərxoş vəziyyətdə həyata keçirib.

Dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılan Bayram Rzayevin yanıq xəsarətləri çox, vəziyyəti ağır olduğundan o Bakıya - Yanıq Mərkəzinə göndərilib.

Kəmalə Rzayeva isə yüngül xəsarət aldığından o ilk tibbi yardımdan sonra evə buraxılıb.

Xaçmaz rayon prokurorluğu faktı araşdırmağa başlayıb.