Quba yenə yanmağa başladı

21 Avqust, 2019 11:05 | Hadisə | Baxış sayı: 118
Yanğınsöndürən
Yanğınsöndürən

İcra hakimiyyəti yanğın ərazisində yeni qərargah yaratdı

Qubada yenidən yanğın başlayıb. İcra Hakimiyyətindən İstiPress-in Şimal Bürosuna verilən məlumata görə, alovlar Şabranla sərhəddə yerləşən Çiçi-Qənidərə ərazisində 1,8 hektar sahəni əhatə edir.

Hadisə yerinə FHN-nin Quba Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi yollanıb. İcra hakimiyyəti yanğın ərazisində yenidən qərargah yaradıb. Qərargahın sədri, icra hakimiyyəti başçısının müavini Xanlar Heybətoun verdiyi məlumata görə, alovun söndürülməsinə yanğınsöndürənlərlə birgə yerli sakinlər cəlb edilib.

Xatırladaq ki, adıçəkilən Qubanın Şabranla sərhəd ərazisində bir neçə gün öncə də yanğın başlamışdı. Dağlıq ərazidəki alovların qarşısını bir neçə günlük mübarizədən sonra almaq mümkün olmuşdu.