Başqasının vurduğu uşağı həkimə aparan sürücü qəzada öldü

21 Avqust, 2019 17:59 | Hadisə | Baxış sayı: 152
Avtomobil qəzası
Avtomobil qəzası

Nəqliyyat vasitəsi yol kənarındakı dəmir maneəyə çırpılıb

Qubada 27 yaşlı gənc sürücü qəzada həyatını itirib.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə onunla başlayıb ki, Rustov kəndinin içərisində bir uşağı naməlum avtomaşın vurub və hadisə yerindən qaçıb. Vurulan uşağı Quba rayon mərkəzi xəstəxanasına aparmağı isə kənd sakinləri 27 yaşlı Emin Əzizovdan xahiş ediblər.

Uşağı idarə etdiyi "Jiquli Vaz-2107" markalı avtomobililə rayon xəstəxanasına apararkən Emin  Əzizov avtomaşını çox yüksək sürətlə idarə etdiyindən nəqliyyat vasitəsi yol kənarındakı dəmir maneəyə çırpılıb. Emin Əzizov hadisə yerindəcə ölüb. Yaralı uşaq digər maşınla xəstəxanaya çatdırılıb.

Quba polis şöbəsində cinayət işi açılıb.