Polis qəzada ölmüş adamın tanınması üçün əhaliyə müraciət edib - 18+ FOTO

21 Avqust, 2018 17:22 | Hadisə | Baxış sayı: 283
Polis
Polis

Sol biləyində “ana” yazısı, sağ biləyində “ata” yazısı, sol əlində baş barmağında ərəb dilində yazı

Daxili İşlər Nazirliyi Qubada qəza zamanı ölmüş adamın tanınması üçün müraciət edib. 

İstiPress-in şimal bürosuna DİN mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, avqustun 17-də Quba şəhəri ərazisində yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış naməlum kişi tapılıb, dərhal Quba rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Avqustun 19-da həmin şəxs Quba RMX-da vəfat edib.

Tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb. Həmin kişinin əlamətləri belədir: boyu 165-170 sm, arıq bədən quruluşlu, gözləri rəngi qonurdur,  yaşı 60- 70 arası. Bədəninin müxtəlif nahiyyələrində döymələr var: sol əlində barmaqlarının üzərində 1959 yazısı, sol biləyində “ana” yazısı, sağ biləyində “ata” yazısı, sol əlində baş barmağında ərəb dilində yazı yazılmışdı.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə (02333) 5-43-02; (02333) 5-35-11 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Qubada qəzada ölmüş şəxs
Qubada qəzada ölmüş şəxs