Mikroavtobus dərəyə yuvarlandı: ölən və yaralananlar var

21 Avqust, 2017 07:31 | Hadisə | Baxış sayı: 63
Təcili yardım
Təcili yardım

13 nəfər yaralanıb

Türkiyənin Kahramanmaraş əyalətində, Ekinözü rayonunda mikroavtobus dərəyə aşıb.

İstiPress-in məlumatına görə, mikroavtobusun dərəyə aşması nəticəsində 1 nəfər həlak olub, 13 nəfər isə yaralanıb.