Gömrük əməkdaşları qəzaya düşüb, ölən və yaralanan var

21 Avqust, 2017 10:22 | Hadisə | Baxış sayı: 271

1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlu vəfat edib

Bakı-Qazax magistral avtomobil yolunun 435–ci km-də Tovuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in "Report"a istinadən məlumatına görə, hadisə zamanı “Mercedes” markalı minik avtomobilinin sürücüsü, 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlu vəfat edib. Həmin maşında olan sərnişin - Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Romanova Oksana Andrey qızı yaralı halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, “Mercedes” markalı avtomobildə olanlar Dövlət Gömrük Komitəsinin əməkdşaları olub.

Faktla bağlı araşdırmalara başlanılıb.