Bakıdan gələn avtomobil motosikleti vurdu - 1 ölü - FOTO

21 İyun, 2019 12:41 | Hadisə | Baxış sayı: 143

Sürücü qəzada öldü

Qusarda motosikl sürücüsü qəzada öldü.

Qusar - Həzrə yolunun 2-ci km-də ölümlə nəticələnən yol qəzası baş verib. Qusarın Köhnə Xudat kənd sakini, 57 yaşlı Əlağa Məlikəhməd oğlu Ağakişiyevin idarə etdiyi motosikllə Kürdəmir rayon sakini 34 yaşlı, hazırda Bakıda yaşayan, 34 yaşlı Vasif Dünyamalı Osmanovun idarə etdiyi "Hunday" markalı yük avtomobili toqquşub.

Nəticədə motosiklet sürücüsü Əlağa Ağakişiyev aldığı xəsarətlərdən dərhal ölüb. Hadisə yerinə Qusar polis şöbəsinin yol və istintaq bölmələrinin əməkdaşları gəlib. İlkin ehtimala görə, qəzaya motosikl sürücüsünün işlək yolun ortasında dönmə əməliyyatı keçirməsi səbəb olub.

Hadisənin başvermə səbəblərini Qusar polis şöbəsinin istintaq bölməsi araşdırır.