Arvad evdən getdi, kişi özünü asdı

21 İyun, 2018 16:55 | Hadisə | Baxış sayı: 264
İntihar
İntihar

Şabranın Güləmli  yaşayış massivində 3 uşaq atası intihar edib.

İstiPress-in şimal bürosunun məlumatına görə, 37 yaşlı Cəmil Balamirzə oğlu Məmmədov yaşadığı evdə yardımçı otaqda özünü elektrik naqilindən asaraq öldürüb.

Büronun əldə etdiyi məlumata görə, mərhum Cəmil Məmmədovla həyat yoldaşı arasında mübahisə baş verib, mübahisədən sonra qadın 2 uşağını götürüb Qubaya - atası evinə gedib.

Bundan əsəbləşən mərhumun bu səbəbdən intihar etdiyi bildirilir. Ailənin 3 oğlu var, uşağın biri atasının yanında qalıb.

İntiharın səbəblərini Şabran rayon prokurorluğu araşdırır. Fakta görə CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb.