Sabirabadda ağır yol qəzası baş verib

21 İyun, 2017 02:25 | Hadisə | Baxış sayı: 104
Qəza (Arxiv)
Qəza (Arxiv)

2 nəfər ölüb

Sabirabad rayonu, Nizami kəndi ərazisində "VAZ" markalı minik avtomobilinin "Mercedes" markalı yük avtomobiliylə toqquşub.

Fövqəladə Hallar Nazirliyindən İstiPress-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Nizami kəndi ərazisində "VAZ" markalı minik avtomobilinin "Mercedes" markalı yük avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1958-ci il təvəllüdlü Aslanov Həsənxan Hüseynxan oğlunun və 1989-cu il təvəllüdlü Aslanov Dəyanət Həsənxan oğlunun cəsədlərini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 22:25-də başa çatıb.