Yaşlı qadın özünü asdı

21 May, 2020 17:45 | Hadisə | Baxış sayı: 202
İntihar - ARXİV
İntihar - ARXİV

Nevroz xəstəliyindən əziyyət çəkdiyi ehtimal edilir

Qusarın Zindan Muruqqışlaq kəndində 65 yaşlı qadın özünü asıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, kənd sakini, 65 yaşlı Mahiyə Aynəddin qızı Eldarova özünü yaşadığı evin həyətindəki yardımçı tikilidə asıb.

Hadisə yerində Qusar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları işləyib. Meyitə və hadisə yerinə baxış keçirilib. Mahiyə Eldarovanın özünü öldürməsinə ilkin səbəb kimi onun nevroz xəstəliyindən əziyyət çəkdiyi ehtimal edilir.

Qusar rayon prokurorluğunda CM-nin 125-ci -özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb. Mərhumun ailəli olduğu, 4 övlad anası olduğu deyilir.