Məktəblini qatar vurub öldürdü

21 May, 2019 18:59 | Hadisə | Baxış sayı: 64
Qatar
Qatar

Aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib

Ağstafada məktəblini qatar vurub. 

İstiPress-in məlumatına görə, hadisə rayonun Böyük Kəsik stansiyası yaxınlığında qeydə alınıb. Dəmir yol xəttinin qarşı tərəfinə keçmək istəyən kənd sakini, 2008-ci il təvəllüdlü Əhmədov Elburus İlham oğlunu qatar vurub. 

O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.