Azərbaycanlı model oğlunu döyən sevgilisini bıçaqladı

21 May, 2019 14:49 | Hadisə | Baxış sayı: 61
Günay və sevgilisi
Günay və sevgilisi

" Oğlumu və özümü qorumaq üçün bıçağı alaraq qarşısına keçdim"

Türkiyədə yaşayan məşhur azərbaycanlı model sevgilisini bıçaqlayıb. İstiPress-in məlumatına görə, aktyor Tolqa Karelin keçmiş arvadı Günay Musayeva övladını qorumaq üçün bu addımı atmalı olub.

Modelin keçmiş sevgilisi Taha Tatlıcı Günaydan polisə şikayət edib. Bundan sonra baş verən hadisə barədə araşdırma başlanılıb. İstintaq zamanı ifadə verən azərbaycanlı gözəl bu hadisədə özünün zərərçəkən olduğunu deyib. "Taha çox əsəbi idi. Oğlumu döydü. Oğlumu və özümü qorumaq üçün bıçağı alaraq qarşısına keçdim. Üstümə gələndə bıçaq ona sancıldı. Mən özümü qoruyurdum".

Modelə qarşı silahla yaralama maddəsi üzrə cinayət işi açılıb. Onun 2,5 ilə qədər həbsi tələb edilir.

Günay Musayevə baş verənləri özü də təsdiqləyib. O, "2 Sayfa" proqramına telefonla bağlanaraq "çox canım yanır, təəssüflənirəm, çətin anlardır. Daha çox danışmaq istəmirəm", deyə bildirib.