Azərbaycanda Təhsil İdarəsinin kişi işçisi nişanlısından küsüb ölkədən getdi və...

21 May, 2019 09:17 | Hadisə | Baxış sayı: 135
Gəncə - Cavadxan küçəsi
Gəncə - Cavadxan küçəsi

İdarənin itkin əməkdaşı Gürcüstanda tapılıb

Mayın 17-də itkin düşən Gəncə Şəhər Təhsil İdarəsinin məsləhətçisi 1994-cü il təvəllüdlü Ceyhun Qabil oğlu Bağırov tapılıb. İstiPress-in məluma tına görə, bu barədə "report"a açıqlamasında onun atası Qabil Bağırov məlumat verib.

O bildirib ki, oğlu C.Bağırov nişanlısı ilə dalaşdıqdan sonra inciyib və Gürcüstana gedibmiş: "Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları mənə dünən məlumat verdilər ki, Ceyhun mayın 19-u Azərbaycan-Gürcüstan sərhədində olub. Dünən axşam saatlarında oğlumu evə gətirdilər.

Ceyhun nişanlısı ilə dalaşdıqdan sonra ölkəni tərk etmək qərarına gəlib və elə mayın 17-si Gürcüstana gedib. İki gün orada qaldıqdan sonra qayıdıb. İndi evdədir, hər şey yaxşıdır. İyunun 11-də toyu olacaq”.