Azərbaycanlı iş adamı arvadını Türkiyədə yad kişilərə satmaq istədi - VİDEO

21 May, 2018 14:46 | Hadisə | Baxış sayı: 372
Sevinc Kərimova
Sevinc Kərimova

İkiarvadlı biznesmenin yeni layihəsi

Türkiyədə yaşayan azərbaycanlı iş adamı keçmiş arvadını aldadaraq Antaliyaya aparıb və onu evə çağırdığı yad kişilərə satmaq istəyib.

İstiPress-in məlumatına görə, bu barədə "ihavideo" portalı geniş video material hazırlayıb. Materiala ibtidai sinif müəlliməsi, 30 yaşlı Sevinc Kərimova buna razılaşmayınca 5 il əvvəl ondan rəsmi qaydada boşanmış keşmiş əri - Türkiyədə yaşayan, reklam şirkətlərindən birinə rəhbərlik edən Elmir A. onun saçlarından yapışaraq körpələrinin gözü qarşısında binanın 11-ci mərtəbəsindən atmağa cəhd edib.

Bir ay öncə isə Elmir “hər şey gözəl olacaq, uşaqlarıma baxacağam, sizi başımın üstündə saxlayacağam” deyərək gənc qadını 8 və 6 yaşlı uşaqları ilə birgə Antaliyaya aparıb. İddiaya görə, o, keçmiş arvadını  fahişəliyə cəlb etmək istəyib. Otağa girib qapını bağlayan qadın təcavüzdən qoruna bilsə də, ərinin işgəncələrindən qurtula bilməyib.

Elmirin əlindən çıxıb qonşulara sığınan Sevinc Kərimova Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət edərək başına gələnləri danışıb, Azərbaycana geri dönmək istədiyini söyləyib. Amma “bizim belə bir xidmətimiz yoxdur” cavabını eşidincə polis bölməsinə gedərək ərindən şikayətçi olması haqda şikayət ərizəsi yazıb.

Döyülməkdən bədəni gömgöy olan, üzərindəki işgəncə izləri aydın görünən Sevincə qonşular sahib çıxıb. Qonşular öz aralarında pul toplayaraq Sevinci körpələri ilə birgə avtobusla Azərbaycana yola salıblar.

Aparılan araşdırmalar zamanı Elmirin Türkiyədə başqa bir azərbaycanlı qadında evli olduğu üzə çıxıb. Onun barəsində cinayət işi başlanıb.