Azərbaycanda mobil telefon operatorundan böyük oğurluq

21 May, 2018 20:17 | Hadisə | Baxış sayı: 361
Azərbaycan manatı
Azərbaycan manatı

Mobil operatorlardan birinə məxsus stansiyadan oğurluq edən şəxslər saxlanılıb.

İstiPress-in şimal bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 5-də mobil telefon operatorlarının birinə məxsus Təkiyə kəndində yerləşən stansiyadan oğurluq etməkdə şübhəli bilinən 3 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb.

Araşdırmalarla onların Siyəzən rayon sakini Binyamin Əliyev, Çaraq kənd sakinləri Vilayət Hacıbalayev və Aqil Əzimov olduqları məlum olub.

Aparılan tədbirlərlə onların 51 metr elektrik və fiber kabel, habelə 4 ədəd akkumulyator və kondisionerin hissələrini oğurlamaqla, mobil operator şirkətinə 4898 manat maddi ziyan vurduqları müəyyən olunub.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.